Tag Archives: Roma Xosrov – Heç nəyim yox sevgidən çox

Roma Xosrov – Heç nəyim yox sevgidən çox

Standard

Roma Xosrov

Ömür verdiyim həyatın,
Verdiyi dərdə baxıram.
Bu qədər namərd içində,
Allah tək mərdə baxıram.

Yanından ötdüyüm yola,
Hər azıb itdiyim yola,
Mən keçib getdiyim yola,
Qayıdıb birdə baxıram.

Tanrı verən vergiden çox,
Heç nəyim yox sevgidən çox,
Mən özümə güzgüdən çox,
Kölgəmlə yerdə baxıram.