Tag Archives: Namiq HACIHEYDƏRLİ – SƏNİ TAPAN İTİRMƏZ

Namiq HACIHEYDƏRLİ – SƏNİ TAPAN İTİRMƏZ

Standard

Sən qurduğun dünyanı,
bir kimsə yapmaz, Allah!
Sənin düz yaratdığın,
Yolundan sapmaz, Allah!

Körpə durmaz qucaqda,
Bir gül bitməz torpaqda,
“hə”- deməsən, yarpaq da
Budaqdan qopmaz, Allah!

Namiq heç başa yetməz…
“Ol”!-desən necə bitməz?!
Səni tapan itirməz,
Itirən tapmaz, Allah!