Tag Archives: Məhsəti Şeyda Əli Qızı – LAL EŞQİM

Məhsəti Şeyda Əli Qızı – LAL EŞQİM

Standard

004 (2)

Gəldim ey ” lal eşqim ” mən hüzuruna
Gəldim ki eşqindən xəbardar olum …
Sığınıb eşqimin mən qüruruna
Deyəm ki sevirəm qurbanın olum …

Qəlbimə od salıb sonra da getdin
Yandırdı bu odun məni kül etdin …
Ruhum candan çıxıb səni axtarır
Gəlmirsən dinmirsən tükəndim bitdim …

Eşqim müntəzirdi eşqindən sənin
Niyə lal olmusan ömrümə qənim …
Ya sevmirəm söylə ya sevirəm de
Daş basım bağrıma … Ya da güvənim …

Gəldim ey ” lal eşqim ” mən hüzuruna
Gəldim ki eşqindən xəbərdar olum …

Advertisements