Tag Archives: Bəxtiyar Vahabzadə – AZƏRBAYCAN-TÜRKİYƏ

Bəxtiyar Vahabzadə – AZƏRBAYCAN-TÜRKİYƏ

Standard


(Cavanşir Quliyev musiqi bəstələmişdir)

Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız—
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.

Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.