Tag Archives: Alili Irada – AY IŞIĞI

Alili Irada – AY IŞIĞI

Standard

f320

Dilləndir qəlbimi, tarın
Yanıqlı bir simi kimi.
Yandır atəşdə qovrulan,
Pərvanənin özü kimi.
Səsləndir məni səhrada,
Səsə möhtac bir ün kimi.
Hara getsəm axtar məni ay ışığı!
Hara getsən apar məni ay işığı!

Qəhər dolub ürəyimin içində,
Gözüm ağlamağa bəhanə gəzər.
Dərd yükü cahandan, özümdən yekə.
Göz bulağı bulandıqca dünyadan küsər.
Belədir taleyin əmri, buyruğu,
Açar sevinciylə, qəmiylə bükər.
Hara getsəm sən tap məni, ay işığı!
Hara getsən götür məni, ay işığı!

Advertisements