Viktor Hüqo

Standard

victor hugo

 

Ağlamaq üçün gözdən yaşmı axmalı,
Dodaqlar gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı,
Pis vücudda gözəl ruh, qəlb bağlanmazmı?

Həsrət- bir sevgidən uzaqmı qalmaqdır,
Sevgilin yanindaykən hicran duyulmazmı?
Oğurluq- pul, dövlət, malmı oğurlamaqdır,
Səadat oğurlamaq oğurluq olmazmı?

Solması üçün gülü budaqdanmı üzməli,
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah, bir xəncərmi olmalı,
Gülüş-güllə, saçlar-ip, göz-silah olmazmı?

Advertisements

Xurşidbanu Natəvan – Səni kimdir sevən

Standard

xursidbanu-nat%c9%99van11-oqtay-sadiqzade

 

Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşənara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllərəra qovğa, qərənfil!

Dəriğakim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənaret!
Unutma aşiqi, haşa, qərənfil!

Gəray Fəzli – Sən olmuşam

Standard

Gəray Fəzli

 

Sən coşqun dənizsən, yoxsa bir ada ?
Sən şirin nəğməsən, yoxsa bir səda ?
Odur ki, sirlərlə dolu dünyada
Tək sənin sirrini bilən olmuşam,
Sənin gülüşünə gülən olmuşam.

Sevinən , gülən mən olmuşam
Sirrini bilən , mən olmuşam,
Mən olmuşam.

Pəncərəm Günəşə açılır deyə,
Günəşdə bənzəyir nur piyaləyə.
Dağda şəlaləyə, düzdə laləyə,
Sənin baxışınla baxan olmuşam,
Dalınca su kimi axan olmuşam…

Yoluna baxan mən olmuşam.
Dərdinə yanan mən olmuşam,
Mən olmuşam.

Sən gedən yolların yolçusuyam mən,
Sən gəzən dağların ovçusuyam mən,
Sən baxan göylərin ulduzuyam mən,
Səninçün alışan, sönən olmuşam
Mən özüm deyiləm, mən sən olmuşam…

Alışan, sönən mən olmuşam
Özüm deyiləm sən olmuşam,
Sən olmuşam.

Tural Adışirin

Standard

Tural Adışirin4

Vətəni qorumağa yollanan gənc oğullar,
Tabutlara bürünüb qayıdırlar geriyə.
Çiçəklərdən çox kövrək,quzudan dinc ogullar,
Çiyinlərdə dönürlər bir də üzü bəriyə.

Bilmək olmur dünyanın arzusu,həvəsi nə?,
Bəzən haray yerinə ölü sükutlar gəlir.
Analar yol gözləyir eh oğul əvəzinə
Anaların üstünə qara tabutlar gəlir.

Hər bəd əməl tarixən qan ləkəli bir günah,
Quzğunlar dayanıbdır insanlıgın qəsdinə.
Tabutmu böyüdürmüş analar görən,Allah?
Qara tabutlar gəlir anaların üstünə.

Afaq Şıxlı – Məhəbbətimdir!

Standard

afaq-shixli32

Öyrəşdim həyatın əyri-düzünə,
Dözümlü olmağım – qəbahətimdi.
Özüm görünmürəm tez-tez gözünə,
Qəlbimdə danışmaq bir adətimdir.

Sevgi ömürlükdür, həvəs bir anlıq,
Sevgisiz bir həyat – zülmət, qaranlıq.
Vurduğun yaralar oldu zamanlıq,
Təbibim – əbədi məhəbbətimdir!

Şairəm, şeirdir dövlətim, varım.
Dolaşır aləmi xoş xəyallarım.
Eşqin qüdrətilə yaratdıqlarım
Həm hissim, həm ruhum, həm sənətimdi!

Elçin Aslangil – BEN HALA ÖPÜŞMEDİM

Standard

elçin arslangil

Arkadaş,
Ayrılıklar insanı kendisine kavuşturur.
Ben hala öpüşmedim – diyen,
yaralı askerler ölü doğuyor …

Arkadaş,
Kadınlar doğurmayı başarıyor,
Erkeksiz kalmayı başaramıyor.
Savaşta babaları ölen oğullar
Mermi gibi ateşlenir kadınla sevişince
her şeyini paylaşmaya …

Dün Suriye’de piyanocu hamile kadın
parmağını sıkınca tetiğe,
Bebeğinin ayak sesini duydu rahminde,
Savaş bitti …
Ve bir kızcağız, elinde beyaz bayrak sevinçler içinde
– ben, bakireyim! – dedi…

Arkadaş, bacakları kırılıyor serçelerin,
Boş kalıyor dallar,
Boş kalıyor dallarda yuvalar
Mevzilerde silahına sarılıp uyurken genç subaylar.
Bir kadınlık ayrılığı olan adamlar,
Savaşta yüz insan öldürmekle,
Yüz kadın öldürürler …

Arkadaş,
Ayrılıklar insani kendisine kavuşturur.
Ben hala öpüşmedim – diyen,
yaralı askerler ölü doğuyor …

Fikrət Sadıq – QİSMƏT

Standard

Fikrət Sadıq

Hər kəsin qisməti gələndə bölünür.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Kim nə miqdar olsa əzəldən bilinir
Kiminə qoşa ovuc, kiminə tək ovuc.

Çox olan çox yedi, az olan az yedi.
Çox olan gizlədi, az olan gözlədi.
Göydən də bir mələk bunları izlədi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.

Naşükür doymadı, artmağa cəhd etdi.
Durdu, zor işlətdi, zor əydi düz xətti.
Tanrıya ağ oldu, aləmi titrətdi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.