Vasif Zöhraboğlu – Gəl…

Standard

120

Gəl, mənim ömrümə məhəbbətlə gəl,
Açılsın ürəyim, şadlanım biraz.
Günəşdən od götür, hərarətlə gəl,
Alışım sevgindən odlanım biraz.

Gel ki, qoy açılsın həsrətin buzu,
Ərisin buz tutmuş ürəklərimiz.
Bu qədər daş olma, ay zalım qızı,
Solmasın məhəbbət çiçeklerimiz.

Gəlməsən gözlərim düşüb izinə,
Arxanca peşiman baxacaq senin.
Mənli xatirələr burulğan kimi,
Axırda evini yıxacaq senin.

Qanadı dumanlı kəpənək kimi,
Uçub xəyalımdan yox olacaqsan.
Ətrini itirmiş bir çiçek kimi,
Özgənin ovcunda quruyacaqsan!

Getdiyin hər cığır, getdiyin hər yol,
Ayağın altından sürüşecekdir. . . .
Əlvida demirəm, sənə yaxşı yol,
Öləndə ruhumuz görüşəcekdir…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma