Baba Vəziroğlu – Kim bilir…

Standard

Baba Vəziroğlu1

Nə biləydim – hicran hara, mən hara,
Necə düşdüm bu yağışa, bu qara.
Ümid səpdim sən getdiyin yollara,
Yaz gələndə bitəcəkmi, kim bilir?!..

Xəzan vurdu, erkən soldu güllərim,
Dumana büründü sənli günlərim.
Həsrətinlə bu uzalı əllərim
Bir də sənə yetəcəkmi, kim bilir?!..

Vüsal günlərində küsən ayrılıq,
Hicran çağlarında əsən ayrılıq,
İndi aramızı kəsən ayrılıq,
İlim-ilim itəcəkmi kim bilir?!..

Kim deyir ki, sevdiyini atar yar,
Sevgi varsa, öz yarına çatar yar.
Səni məndən ayrı salan qatarlar,
Bir də burdan ötəcəkmi, kim bilir?!..

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma