Dünyamin Memmedov – “Əlvida”-deməyə hələ tələsmə!…

Standard

dünyamin memmedov

Yenə bahar gəlib,bəzəyib bağı,
bahar da qoynuna alıb torpağı…
İndi gül fəslidir-məhəbbət çağı,
ürək yandırmağa belə tələsmə,
“əlvida”-deməyə hələ tələsmə!…

Eşqi mən unutdum,yoxsa sən atdın?!…
görürəm,görürəm,arzuna çatdın!…
Həsrətin gölündə boğuldum,batdım,
ürək yandırmağa belə tələsmə,
“əlvida”-deməyə hələ tələsmə!…

Aydınsan-təmizsən,göz aynasıtək,
gözəlsən- süzürsən su sonasıtək…
Sən idin ömrümün ilk mənası-tək!…
ürək yandırmağa belə tələsmə,
“əlvida”-deməyə hələ tələsmə!…

Bir çay sahilində üz-üzəyik biz,
axı ayrı düşdü niyə eşqimiz?!…
Beləcə düşünək,bəlkə,özümüz-
ürək yandırmağa belə tələsmə,
“əlvida”-deməyə hələ tələsmə!…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma