Hacı Mail

Standard

Xəlq olubdur səsivə cümləsi heyran, Ağaxan,
Bu səsi görməyə çox Xaliqi-Sübhan, Ağaxan.

Səni hifz eyləyə Tanrı bu səsinlə bahəm,
Edəsən aləm içində yenə dövran, Ağaxan.

Ləhni-Davud desəm bu səsə hərgah azdır,
Oxuyursan dəxi ondan da xoşəlhan, Ağaxan.

Titrədir qəlbləri hər iti zəngulələrin,
Bəlkə işlətməmiş idi oları Xan, Ağaxan.

Hər nəfəsdə sənə can bəxş eləyir ariflər,
Oxuyursan gələrək vəcdə deyir :”Can ! Ağaxan”

Həsrəti qoyma ürəklərdə qala, daim oxu,
Qoyma həsrətli ürəklər ola viran, Ağaxan.

Sənə Mail söz ilə söylə nə qiymət versin,
Səni tə`rif eləyir Azəribaycan, Ağaxan!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma