Samir Şirinov – Mən sənə sevməyi öyrətdim axı

Standard

f007

Gözləmirdim, ayrılmalıyıq demək
Mən sənə sevməyi öyrətdim axı.
Demək çətin oldu sənin üçün sevmək?
Mən sənə sevməyi öyrətdim axı.

Ayrılaq, bu eşqə yad olaq dedin
Bu fani dünyada tək qalaq dedin
Dilin necə gəldi ayrılaq dedin
Mən sənə sevməyi öyrətdim axı.

Sənsiz bu dünyanı mən neyləyirəm?
Aldanma fələyə yar, söyləyirəm
Indi sənə səndən gileylənirəm
Mən sənə sevməyi öyrətdim axı.

Indi gülə- gülə məzar qazırsan
Edam fərmanımı qanla yazırsan
Məni öldürməyə demək hazırsan?
Mən sənə sevməyi öyrətdim axı.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma