Bəxtiyar Vahabzadə – Ana Dilim

Standard

Mən çal dedim ucal dedim
Mən vur dedim qaldır dedim
Söz hücumdur söz həmlədir
Bircə kəlmə bir cümlədir
Sən dildəki qüdrətə bax cürətə bax
Bir cümləni bir kəlməyə sığışdıran
Kəlmədəki barıta bax
Yüz illərin ələyindən arıdılmış
Arıta bax
Dədələrim bu sözlərin
Аlovunu geyinibdir
Ürəkləri bu sözlərin
Vurğusu ilə döyünübdür
Qalxan taxıb qalx səsinə
Vuruşubdur vur səsinə
Axı niyə dəyişdirək
Bizim Qorqud atamızın
Yaratdığı kəlmələri
Başqasının gəlməsinə
Niyə mənim anam “madər”
Niyə Atam “pədər” – olsun
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgəsinin tapdağında hədər olsun
Niyə yadın bəhməzinə “bal” deməli?
Öz aşıma “yal” deməli?
Niyə mənim ana dilim
Gəlmə dilin qabağında
Titim-titim titrəməli?
Niyə doğmam yad olmalı?
Öz sözlərim öz dilimdən qovulmalı?
Heç gördünmü torağayı
Qarğa kimi qa qa deyə?
Heç gördünmü sığırçını
Sərçə kimi cükküldüyə?
Sözlərində millət kimi
Öz əzəli sifəti var
Hər kəlmənin öz cövhəri Fitrəti var
Dəyişəndə yad sözünə
Öz sözünü öz ləhcəni
Sifətini dəyişirsən
Tanımıram onda səni
Anlamıram Fitrətin nə sifətin nə
Gövşüyəndə sən özgənin sözlərini
Sifət taxdın sifətinə
Sən tüpürdün öz babanın ocağına
Anan səni bu ocağa övlad dogub
Sənsə girdin özgəsinin quccağına
Hər millətin ən qiymətli
Sərvətidir ana dili
Övladları yer üzünə səpələnsə
Pərən-pərən düşənlərin
Vəhdətidir ana dili
Bu dünyanın hans uzaq
Qucağında səslənərsə
O qucağı mənim üçün
Əzizlədən ana dilim
Qürbətidə vətən edən ana dilim
Sözlərinin nəğməsində
Ruhumuzu cingildədən ana dilim
Məni ana vətənimin
Bütün oğul qizlarıyla
Qohum edən ana dilim
Sən gözlərə görünməyən bir telsən ki
Yol açmısan keçmişimdən gələcəyə
Ana yurdun öz ruhunu keçirirsən
Bu nəsildən o nəsilə
O ürəkdən bu ürəyə
Öz dərdimi sevincimi
Dodağımda çağladanım
Məni ana vətənimə
Bugünümü sabahıma
Dünənimə bağladanım
Ey səsimə səs verənim
Sən ey mənim varlığımı
Yer üzünə göstərənim
Ey şərəfim ey bayrağım
Ey anamın kitabında adı qalan
Doğma ikən ögey olan sinə dagim
Xətayinin qılıncında
Fizulinin qəzəlində
Bülövlənib orxavlanan söz kəsərim
Daglarımdan damcı-damcı
Sızıb gələn öz əsərim
Ey bu günü dilim-dilim
Parçalanan ana dilim.
Sinəsində od qalanan ana dilim.
Qapıların arxasında
Boynu bükük qalan dilim.
Var ikən yox olan dilim.
Ayaqlarda kilim dilim.
Vuruşlarda bir qəhrəman,
Barışlarda həlim dilim!
Yadın fitfasıyla öz gülləmizlə
Özgənin dilinə ov olan dilim
Möhürlü hüquqli idarələrdən
Daxmalar küncünə qovulan dilim
Ali təbəqələr səni dandılar
Sən bir ümman ikən səni dandılar
Özgənin dilində xoruzlandılar
Sən ey öz sacında qovrulan dilim
Xətai taxtında sən fərman oldun
Dillərə höküm edən qəhraman oldun
Bəs niyə sən bu gun pərişan oldun
Babək qılıncından od alan dilim
Tarixin yolunu keçdin uğurlu
Sənə batammadı bir qou zorlu
Dünəni möhtəşəm, sabahı nurlu,
Indisi tapdanıb ovulan dilim
Analı, atalı, a yetim dilim!
Şərəfim, şöhrətim, qeyrətim dilim!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma