Könül Arif – SUDA SEVGİLİ KÖLGƏSİ

Standard

090

Mən bilirəm niyə susurdu quşlar,
Mən bilirəm qürubun sonrasını.
Ötməliydi gələn dolu göy qatar
Üstündəki buludun qarasını.

Mən bilirəm kor quyunun səmtini,
Mən bilirəm hardan dinir sətirlər.
Boşaldıqca şəffaf şüşənin dibi
Şairin içdiyi gözündən gələr…

Mən bilirəm sudur qəmin beşiyi,
Mən bilirəm niyə susur balıqlar…
Qonur, yaşıl, mavi, qara – nə fərqi?
Şair qövmü eyni gözdən ağlayar.

Mən bilirəm üzümlüyün sirrini
Cin kimi şüşədə qaldığı qədər.
İçsən suda sevgili kölgəsini
Ən qədim qırmızı şəraba dəyər.

Mən bilirəm niyə susurdu quşlar,
Mən bilirəm qürubun sonrasını.
Yarmalıydı gələn dolu göy qatar
Bu çökən buludun ən qarasını.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma