Famil Axmedov – Yarı mənəm yarı vətən

Standard

Famil Axmedov

And içmişəm bayrağına
O müqəddəs Quranına
Canım fəda torpağına
Ürəyimi bölmüşəm tən
Yarı mənəm,yarı vətən.

Bu Arazın solu-sağı
Unutmuruq Qarabağı
Qoy oxusun ,bilsin yağı
Qarşısında kimdir bitən
Yarı mənəm,yarı vətən.

Hey bölürlər bu torpağı
Qiymə-qiymə,yarı-yarı
Necə çəkim mən bu dağı
Torpaq deyil,candı gedən
Yarı mənəm,yarı vətən.

Ürəyimin parasıdır
Anamızın anasıdır
Qeyrət,namus davasıdır
Ölməmişik,qeyrət çəkən
Yarı mənəm,yarı vətən.

Yoğrulubdu torpaq qandan
Şəhidlərim dönməz anddan
Ayırmazlar canı-candan
Yetər artıq!Bilin ölən
Yarı mənəm,yarı vətən.

“Qalx ayağa”Bəsdi deyə
Türk övladı nərildəyə
Ayaq altda yer titrəyə
Hay deyəndə haya yetən
Yarı mənəm,yarı vətən.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma