Məmməd İsmayıl – “Yenə gecə oyaq, ilham oyaqdı”

Standard

Məmməd İsmayıl6

Odunsuz ocaqmı pərvanəsiz şam,
Gah verər canını, gah yaxa çəkər…
Gecələr sözləşib yuxuya ilham,
Tənbəl bir bədəni sınağa çəkər.

Gah girib yuxuna kökləyər qəmi,
Gah səni ilhama qısqanar gecə.
Axşamdan sabaha ya dua kimi,
Ya bir misra kimi uzanar gecə.

Baxtın istəyinə vaxtı oyatmaq,
Yenidən dünyaya gəlməkdi bəlkə.
Onsuz ds hər gecə ölməkdi yatmaq,
Şairlik oyana bilməkdi bəlkə.

Yazarsan, misralar çıxar canından,
Yerində boşalan bir ürək qalar.
Gecə köks ötürüb keçsə yanından
Sənə də köksünü ötürmək qalar…

Yazmasan, umduğun nə səs, nə soraq,
İtən misraların yerini vermir.
Dərdin sığınacaq yerimi varaq,
Ya şeir yuxunun qaçdığı yermi?

Bayırda nisanın yağmuru yağdı,
İlhammı Tanrının çaxdığı çaxmaq?
Yenə gecə oyaq, ilham oyaqdı,
Evin işığı da oyaq qalacaq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma