SƏMƏD VURĞUN – SƏFİL QADIN

Standard

samed vurgun40

Oxuyun!
Oxuyun şerimin
sizə bağışladığı həyat səhnəsini,
Oxuyun onun
xəyala hökm edən odlu səsini.
Mən söylədiyim,
söyləmək istədiyim bu səhnə
köhnə, pək köhnə
Fahişələr yurdundan bir nümunədir,
O nədir?.. Ağarmış saçında qarlı qışların,
boranlı günlərin kölgəsi yaşar.
Ölgün gözləri göylərlə qucaqlaşar.
Çünki yerdən,
yerdəki cinayətdən,
hər qanundan, hər adətdən,
Yemiş dönə-dönə və diksinmişdir.
Kinli gözlərdən uzaq,
pək uzaq bir küncə sinmişdir.
Ey qadın!
Ey ana!
Bu gün sana
soyuq baxan gözlər daşamı döndü?
Yoxsa gözlərinə çinkinmi göründü?
Dedilər sən böylə deyildin əzəl,
Çiçəklərdən təmiz, güllərdən gözəl,
Bəlkə də arxanca titrəyib qoşan
illərin yorğunu bir könül varmış.
Fəqət indi?
Belin bükülmüş,
saçın ağarmış,
Nə dərdini bilən var,
nə üzünə gülən var!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma