Zamiq Abdullayev – Saçından yad kişi qoxusu gəlir

Standard

Zamiq Zərdabi2

Məni görüşünə çağıran gözəl,
Səni tanımadım düzü, neyləyim.
Dəyişir adamlar, dəyişir zaman,
Dəyişir həyatın üzü, neyləyim…
Qabaqlar astadan xəfif gülərdin,
Nə yaman dəyişib gülüşün sənin…
Sən əvvəl arxayın, şux yeriyərdin,
Indi başqa cürdür yerişin sənin.
Yox, bu sən deyilsən, bu sən deyilsən,
Sən çox ətirlisən, çox bəzəklisən.
Mənim xəyalımda yaşayan səndən
Hələ də bənövşə qoxusu gəlir.

Sən mənim üç günlük qəfil qonağım,
Sən özgə ocağın közüsən daha.
Mənim bilmdiyim, anlamadığım
Əcnəbi bir dilin sözüsən daha.
Mən sənin nəyinəm axı – dünənin!
Mən sənin keçmişin – beş il əvvəlin.
Mən başqa adamam, sadəcə sənin
Burnuna keçmişin qoxusu gəlir.

Sən bura gələndə balan neylədi –
Baxıb ağlamadı dalınca sənin?
Qaynanan: “gəlinim gör nə gözəldi” –
Deyib boylanmadı dalınca sənin?
…Sənə necə deyim axı qəm yemə,
Biz artıq nə vaxtdır batmışıq qəmə.
Sən Allah başını qoyma sinəmə,
Saçından yad kişi qoxusu gəlir…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma