Elman Tovuz – HƏLƏ

Standard

elman-tovuz7

Gözəl günlər qabaqdadır,
Bəlkə, sənə “eh”di hələ.
Demə o gün uzaqdadır,
Bu tufandan mehdi hələ.

Bu həyatdır… hər işi var,
Günəşi var, yağışı var.
Hələ min bir naxışı var,
Bu gördüyün zehdi hələ.

Bir olacaq hər incimiz,
Kədərimiz, sevincimiz.
Sevəcəyik sevincə biz,
Təbəssümün şehdi hələ.

Dik bax eşqin gözünə sən,
Yoxsul demə özünə sən.
Bir ömürlük xəzinəsən,
Bu öpüşün behdi hələ…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma