YAVƏR HƏSƏN

Standard

yaver-hasan

 

Cavabsız sualmış bu ömrün günü,
Mən nahaq oturub baş sındırmışam.
Başımın altına yastıq eyləyib,
Bilirsən nə qədər daş sındırmışam?

Eh, Sənin ürəyin məni eşitmir,
Ahımla gözümdə su yandırıram.
Dedim nalə çəkim, bəxtim oyansın,
Gördüm, yatan qəmi oyandırıram.…

Qapıma yol çəkdim, gələnim olsun,
Bir gələn olmadı, gedən tapıldı.
Bədənsiz ruh idim, Allaha şükür,
Mənə həsrətindən bədən tapıldı.

Göz gözü görməyən gecədir ömrüm,
Aydan xəbər yoxdu, günü görmürəm.
Mənim ürəyimsən, duyuram Səni,
Mənim gözlərimsən, Səni görmürəm.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma