AQİL İMAN

Standard

aqil-iman

 

Sən Əsli, mən Kərəm çağır, de gəlsin,
Lələ, ay başına dolanıb, lələ!
Yanıb eşqimizin oduna dönək,
Külə, ay başına dolanıb, külə!

Mən burdan ah çəkim, sən ordan haylan,
Bəlkə sığallaya yuxumu laylan.
Azcana uzaqdan qıyqacı boylan,
Belə, ay başına dolanıb, belə!

Mən sükut dəlisi, sən eşq dilsizi,
Qoyma ətəklərdə qala əlsizi.
Kim bilir qarşıda nə gözlər bizi,
Hələ, ay başına dolanıb, hələ!

Ahımdan kül olub, zirvələr çöküb,
Quş qanad saxlayıb, durna tel töküb.
Bu nakam sevgimi qəlbinə büküb,
Bələ, ay başına dolanıb, bələ!

İmanam, yuxudan oyanmamış kənd,
Gəlib ilgəyinə bənd olaydım, bənd!
Dola qollarını boynuma kəmənd,
Elə, ay başına dolanıb, elə!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma