Mikayıl BOZALQANLI – BU GÜN YENƏ SAZ GÜNÜDÜ…

Standard

mikayil-bozalqanli

 

Haray, dəlilərim, haray,
Bu gün yenə saz günüdü.
Könülləri abad edən,
Qəlbə xoş avaz günüdü.

Meydan sula qara sazım,
Bu meydanda itim, azım,
Gəl, mənim şirin avazım,
Qış bitməmiş yaz günüdü.

Dostlarım səf-səf düzülsün,
Piyaləyə mey süzülsün,
Ruhum dünyadan üzülsün,
Dərd-sərimin az günüdü.

Kim simi saza bağladı,
Kim kövrəldi, saz ağladı,
Ürəyim çoşdu, çağladı,
Taledən muraz günüdü.

Yetişməsən, dost, incimə,
Nə hacət daha him-cimə,
Vaxt itirməynən seçimə,
Nə minnət, nə naz günüdü.

Advertisements

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma