Sərvər Şahbəyli – Gözəl Ölüm (Gəlmişdi, yemədi getdi)

Standard

s%c9%99rv%c9%99r-sahb%c9%99yli

 

Xoş gəlmisən aparmağa
Qadan alım, gözəl ölüm.
Bir gün gözəl yaşamadım,
İcazə ver gözəl ölüm.

Qoy dostlarımla görüşüm
Sağ ol deyim son nəfəsdə.
Çox deyildir əsl dostlar
Çox gözləməz son nəfəs də.

Kim dünyadan nə aparıb?
Qalan kəslərə əlvida!
Nəğmələrə, sevgilərə
Şirin səslərə əlvida!

Ağlamasın kimsə məni,
Mən göz yaşına dəymərəm.
Nə etdim ki, Vətən üçün
Qara daşına dəymərəm.

Xoş gəlmisən, gözəl ölüm.
Dünya məhkum təzadlığa
Gəl bu qəddar zəmanədən
Çıxart məni azadlığa…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma