Elman Tovuz – MƏNİM

Standard

elman-tovuz8

 

Mən elə bilirdim qalmaram darda,
Biri əskik olmaz telimdən mənim.
İçim hey çırpındı xoş arzularda,
Özgələr yarıdı çölümdən mənim.

Öpüb gözlərindən buz bulaqların,
Böyüdüm qoynunda uca dağların.
Uydum kölgəsində boz buludların,
Xəbərim olmadı selimdən mənim.

Bu sirrlər, sehirlər səltənətində
Dedim əbədidir mərd də, mətin də.
Bəs niyə, bilmirəm, darda, çətində
Tutanım olmadı əlimdən mənim?

Bəxtim gətirmədi sevda sarıdan,
Bənövşə – bükülü, lalə – bağrı qan…
Yenə əl üzmədim Uca Tanrıdan,
Adı heç düşmədi dilimdən mənim.

Xeyir axtarmadım atdığım zərdə,
Bir ovuc su oldum od düşən yerdə.
Bildim öz yerimi xeyirdə, şərdə,
Töhmətim olmadı elimdən mənim.

Bu həyat beləcə sirli, qaranlıq…
Ən gözəl şeylərin ömrü bir anlıq!
Məzə verə-verə gedən cavanlıq
Gedirmiş ayımdan, ilimdən mənim.

Ay Elman, bu dünya deyilmiş mələk,
Əzəl qurd olurmuş, demə kəpənək!
Bir zaman nazımla oynayan fələk
Axırda yapışdı belimdən mənim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma