İSLAM SƏFƏRLİ – NEYLƏSİN

Standard

cicek2

 

Canan, inildətmə qəlb kamançasın,
Hüsnünə acizsə, rəssam neyləsin.
Bə`zən yaz deyirsən, öz aşiqinəm,
Çoşmasın sevdalı ilham neyləsin,
Deyirsən aşıqin çox nisgillidir,
Almayıb gənclikdən bir kam neyləsin.
Bağla zülflərini könül sazıma
Qoy eşq mələkləri bayram eyləsin.
Sevirəm pak sevən Məcnuntək səni,
Ürəkdir hökm edən, İslam neyləsin.

Bu şeir ilk dəfə 1983-cü ildə şairin 60 illik yubleyi münasibətilə mətbuatda dərc olunmuşdu. Şeir şairin heç bir kitabında işıq üzü görməyib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma