Xorxe Luis Borxes – Panter

Standard

jorge-luis-borges

 

Özündən xəbərsiz, ay qarasına
Nəsibinə düşmüş qısa yol ilə
Dəmir barmaqlığın о üzündəki
Xəzinəyə doğru gedir yenə də.
Neçələri gəlib, neçəsi gedib.
Amma ki, Zenonun yuxularında
Axillesin haçansa qoyduğu izi
Məhbəsdə yenidən çəkən Pantersə
Nə təkrarlanacaq, nə yox olacaq.
Nə təpə görəcək, nə çəmən, nə çöl,
Nə də öz titrəyən caynaqlarını
Dadlı, təzə ətə sancmayacaq və
Əbədi təşnəsi sönməyəcəkdir.
Dünyanın çox üzü, çox sifəti var,
Bunlardan heç biri, heç zaman ancaq
Özü öz yolundan dönməyəcəkdir.

tərcümə : Etimad Başkeçid

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma