Baba Vəziroğlu – Nağıl şəhəri…

Standard

baba-v%c9%99ziroglu2

 

O şəhərdə göylər təmiz,
Hər tərəf gül-çiçək olur.
Oğlanları igid, qoçaq,
Bütün qızlar göyçək olur…

Küçələri ayna kimi,
Gur alışır işıqları.
Böyükləri bəxtəvərdi,
Xoşbəxt olur uşaqları…

O şəhərdə nə ayrılıq,
Nə bir damla göz yaşı var.
Hər kəsin öz könül yarı,
Bir dostu, bir sirdaşı var…

Orda sevgi əbədidir,
Ələ düşməz qüssə-kədər.
O şəhərdə varlı olur,
Kim xoşbəxtsə, bir o qədər…

İstəmirəm keçsin gecə,
Gəlsin səhər, açılsın dan.
Ayrılmayım o şəhərdən,
Ayılmayım o yuxudan…

O şəhərdə gəzəcəyəm,
Bəlkə elə gün olacaq.
Gözəl-göyçək arzularım,
Yuxularım çin olacaq?!.

Bahar niyə keçib gedir,
Payız gəlir, xəzəl olur.
Niyə axı o şəhərlər
Nağıllarda gözəl olur?!.

Bir ümidlə boylanıram,
Hər açılan səhərimə.
Görən haçan gedəcəyəm,
Gözəl nağıl şəhərimə?!.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma