Əliağa Vahid – Gözəl qız

Standard

%c9%99liaga-vahid20

 

Çəkdi səni tale bu gülüstanə,gözəl qız!
Şövq ilə yanaş bülbüli-nalanə,gözəl qız!

Sən şəminə öz sevgili pərvanəni yandır!
Batsın həsədindən qəmə biganə,gözəl qız!

Öz qaynatanı,qaynananı dindir ədəblə,
Düşsün bu gözəl şöhrətin hər yanə,gözəl qız!

Artsın şərəfin cümlə qohum-qonşu yanında,
İş gör ki,ola layiq o insanə,gözəl qız!

Biz oğlumuzu tapşırırıq bir sənə yalnız,
Ancaq səni də sevdiyin oğlana,gözəl qız!

Namusla,şərəflə yetirin siz başa ömrü,
Mərd ailə vurmaz ləkə vicdanə,gözəl qız!

Qiymətli qəzəldir,bunu Vahid sənə yazmış,
Sənsən sədəfi-ismətə dürdanə,gözəl qız!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma