Dəmir Gədəbəyli – BİRLİK ŞӘRQİSİ

Standard

turkiye-azerbaycan-bayragi1

 

Dünyanın gen qucağına,
Ulduz – ulduz səpələnən!
Həsrət qalıb torpağına,
Dəniz kimi ləpələnən!

Azərbaycan Türklərinə,
Vətənimdən salam olsun!
Hər birində bu torpağa,
Hörmətlə, ehtiram olsun!

Ey Vətənin şərəfini,
Özü ilə daşıyanlar!
Uzaq qürbət ölkələrdə,
Qərib kimi yaşayanlar!

Unutmadıq sizi bir an,
Şairlərin sözündəsiz!
Göy Kəpəzdə, Savalanda,
Bulaqların gözündəsiz!

Bu gün Qarabağ dərdidir,
Bizim ən böyük dərdimiz.
Qoy birləşsin yumruq kimi,
İgid ərimiz, mərdimiz!

Bu həmrəylik günümüzdə,
Qoy var olsun birliyimiz!
Ey Türk oğlu! Ey Türk qızı!
Birlikdədi dirliyimiz!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma