MƏHSƏTİ ŞEYDA ƏLİ QIZI – SEVİRƏM CƏNNƏTƏ TALİB ÖLÜMÜ …

Standard

cicek25

 

Səni gözlərimin nuruna qoysam ,
Mənimlə bir ömür qarıyarsanmı ?..
Desəm ki , Tanrımdan sən mənə paysan ,
Sən də qismətindən yarıyarsanmı ?..

Aciz qalmazsan ki , eşqim önündə ?..
De , gücün çatarmı öz qüdrətinə ?..
Bilirəm … saf eşqin acısan sən də ,
Səni qərq edərəm eşq sərvətinə …

Onsuz da , xəyalın çalıb könlümü ,
Mənim varlığımdan xəbərim yoxdur …
Sevirəm cənnətə talib ölümü ,
Mənim səndən başqa bəhərim yoxdur …

Olmusan eşqimin yaşam sevinci ,
Sənsən vüsalımın gözündə inci …

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma