Şəhriyar İbrahimov – Sənin görüşünə gəlmədim o gün..

Standard

sehriyar-ibrahimov

 

Sənin görüşünə gəlmədim o gün,
Qorxdum ki gözündən ümid dağılar.
Sənin görüşünə gəlmədim o gün.
Yenə inanardım mən bu nağıla…

Sənin görüşünə gəlmədim o gün.
Demə ki sevənin günahı olmur.
Ruhu xarabaya dönən adamın,
Evli bir qadınla sabahı olmur.

Sənin görüşünə gəlmədim o gün,
Daha sən gördüyün deyiləm, xanım.
Əsən dizlərimdən,əsən əlimdən,
Ağarmış saçımdan qorxdum..nə danım..

Sənin görüşünə gəlmədim o gün,
Üzümü ovcuma sıxdım,ağladım.
Bir az taleyime güldüm, eləcə-
Bir az da rəsminə baxdım ağladım…

Bilirəm taleyin acıdır üzü,
Qorxdum ki ağrılı yuxu görərəm.
İpək tellərində yad barmaq izi,
Üstündə bir özgə qoxu görərəm.
Yaxşıki görüşə gəlmədim o gün…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma