Tural Adışirin – ADLAR

Standard

tural-adisirin1

 

Bizə babalardan mirasdı ad da,
Bir nəsil birinə yadigar verir.
Adsız doğuluruq, bizə həyatda,
Adları atalar, analar verir.

Eşqin bulağından içəndə qızlar,
Bir halal südəmmiş axtarar, arar.
Ata ocağından köçəndə qızlar,
Cehizlə ləkəsiz bir ad aparar.

Qalxıb ucaldıqca istedadıyla,
Bir oğul bir nəsli qaldırar göyə.
Nəvələr yaşayar baba adıyla,
Atalar yetimlik duymasın deyə.

Adları şərəflə elə daşıyaq,
Qoy, gələn nəsillər bizi danmasın.
Bir ömrü ömür tək elə yaşıyaq,
Adımız kiçilib xırdalanmasın.

İstəsən adınla el ucaltmağa,
Sinən ümman olsun, ürəyin mayak.
Dünyaya gəlmişik ad yaşatmağa,
Dünyadan gedəndə ad aparmayaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma