Ayaz Arabaçı

Standard

ayaz-arabaci

 

Ürəyim elə sınıb, səndən sonra daha mən,
İnanmıram heç kimin andına bu şəhərdə.
Yalan olar desən ki, səndən üstün baxan var,
Həsrətin qırmancının dadına bu şəhərdə.

Dərdin sinəmdə güllə, kürəyimdə oxdu-ox,
Elə yoxa çıxmısan səndən xəbər yoxdu-yox,
Nə olsun ki, təsəlli verənlərim çoxdu-çox,
Gedirəm ayrılığın badına bu şəhərdə.

Sənsiz nə mənası var, min-min mühüm iş olsun,
Bir üzün yoxuşdusa, bir üzün eniş olsun,
İstəyir göydən-yerə zənbilnən enmiş olsun,
Baxmaram heç bir qıza, qadına bu şəhərdə.

Yox, bu səhvi mənimtək başqa heç kəs, eləməz,
Əllərim susar durar, gözlərim səs eləməz,
Xəzəri də səpsələr, yanğıma, bəs eləməz,
Elə tutuşmuşam ki, oduna bu şəhərdə.

Güllərimiz ayrılıb, kollarımız ayrılıb,
Qırılıb bir budaqdan qollarımız ayrılıb,
Buludlara aparan yollarımız ayrılıb,
Bir də salmazsan məni yadına bu şəhərdə.

Bulanıq sular kimi dibimdə lillənirəm,
Beş-altı sözdən ancaq birinə dillənirəm,
Səhərdən-axşamacan çıxıb veyillənirəm,
Bir küçə uydurmuşam adına bu şəhərdə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma