Ramin Cilovdarlı

Standard

ramin-cilovdarli

 

Hardasa qərib səsdim,
Gəldim, dünyaya küsdüm,
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.

Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim,
Nə bildiniz, nə çəkdim,
Ya da, nə duydum getdim.

Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım getdim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma