NÜSRƏT KƏSƏMƏNLİ – Sən gərək özünü tanıtmayaydın…

Standard

nusret-kesemenli4

 

Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın.
Yenə də həyatı səndən umaydım,
Elə biləydim ki, dünyada təksən.
İllərin ömrümdən apardığını
Elə biləydim ki, gətirəcəksən.
Bahar gözləyirdim, yenə də qışdı,
Bir arzu, bir ümid öldürməkdənsə
Aldana-aldana yaşamaq xoşdu;
Sən gərək özunü tanıtmayaydın…

Sənə baxa-baxa sənin üzündə
Görünür özgəni sevmişəm onda.
Hər titrək sözümü sənin gözündə
Yəqin özgəsinə demişəm onda.

Hissin xumarında yumub gözünü
Onda məhəbbətim yuxulu imiş.
Sonradan oyanıb, onda bilib ki,
Suyun lal axanı qorxulu imiş;
Sən gərək özünü tanıtmayaydın.

Sən gərək özünü tanıtmayaydın;
Ömür də beləce keçib gedəydi.
Sən demə, marala atdığım güllə
Maral dərisində tülküyə dəydi…
Sadəlövh qəlbimdən, məhəbbətimdən,
Keçdiyim yollardan utanıram mən;
Yuxulu gözümdən ağrılar keçir,
Yanımdan sevgisi doğrular keçir,
Səndən yox, onlardan utanıram mən…
Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma