Şəhriyar İbrahimov

Standard

img-20160914-wa0001hdr

 

Azıb qaldıq məhəbəttin yolunda
Səngimədi bu payızın yağışı
Tez islandıq biz həsrətin yolunda
Tez soyudu sonbaharın baxışı..

Uçuq ömrün xoş günündən əl üzüb
Alov aldıq bu hicranın odundan.
Payız bizə göstərdikcə sərt üzün..
Biz doymadıq ayrılığın dadından

Xəzan düşdü,şimşək kəsdi önümü,
Tər çiçəklər yağmur altda boğuldu.
Ləngimədi yarpaqların ölümü,
Neçə-neçə quş yuvası dağıldı..

Boz çinarlar köynəyini soyundu,
Sarılığa tez yoluxdu təbiət.
Xəstə düşdü,tənha qaldı,yoruldu.
Durnalartək uçub getdi səadət..

Təbiətin əyniyalın günləri,
Eşqimiz də çiçək təki büküldü.
Çinar ömrün sevgi dolu günləri,
Yarpaqların qanadında töküldü…

Ağır oldu bu payızın ayağı,
Qucaq-qucaq arzular da saraldı.
Tənha qaldı ağacların budağı,
Eşqin vüsal cığırları daraldı…

Kədər,həsrət rüzgar ilə sovrulub-
Bir də gördük xəzan yeli sovuşdu.
Payız xəmri ayrılıqdan yoğrulub,
Payız çıxar…Bəlkə yenə qovuşduq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma