Mövlana Bayrək Qoşçuoğlu

Standard

070

 

Üstümüzə yürütdülər töhmət ilən siyasəti,
Bizdən özgə aşiq olsa qopardardı qiyaməti.
Biz o vahidi görmüşük o dondan-dona gəzəni,
Həqqin sinədə buluşu çün qılarıq ibatədi.
Əgər inam əhlisiniz, siz bizə bavər eyləyin.
Bizdə əzldən vermişik Məhəmmədə səlavəti.
Bizə dəyib dolaşmayın, biz o sultan qullarıyıq,
Bizə dəyib dolaşanın tez bağlanar bəşarəti.
Bizə dəyib dolaşanlar, mənzil başa aparmadı,
Böylə təhqiq eyləmişik ol sahibi kəraməti.
Gər bizdən sual edəsiz sualıza cavab verərik,
Bizim ilən olur isə o Allahın inayəti.
Əli ilən Məhəmmədin arasında heç nəsnə yox,
Ol həq ilə İbrahimə kim qoyubdur təfavütü.
Əgər Türki söylər olsam düşər ərənlər beyninə,
Neüçün sizə acı gəlir dadlı sözün həlavəti.
Münkir nədir Quşçuoğluna deyə mücəvvət söyləmə!
Məgər deyə bilmərəm mən Türki dildə mücəvövəti!

XIII yüzil Güney Azərbaycan
___________________
Mücəvvət: qutlu söz
Həlavət: dalı olan, şirin olan
Bavər eyləmək: inanmaq

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma