Məhəmmədhüseyn Şəhriyar – ƏZAB KİMİ ..

Standard

Məhəmmədhüseyn Şəhriyar1

 

Bir bənövşə teli qopsa könül sızlar rübab kimi,
Bu həyatın ümmanında hər ömür bir hübab kimi.

Qan ağlatdın ürəyimi, üstəlik də tənə vurma,
Sındırdığın bu şüşədən qan axar al şərab kimi.

Peyğəmbərin qılıncından deyirlər ay parçalanıb,
Tel altından üzün gülür qırılmış afitab kimi.

Saçlarının burma-burma sındırırsan, ey nazənin,
Gözlərimdə dalğalanır, sayrıyır bir sərab kimi.

Oynatdıqca saçlarının burumları xəyalımı,
Göz yaşlarım çəkiləydi tellərinə gülab kimi.

Bəsdir, sinəm sipər oldu min sərgüzəşt dalğasına,
Çıx bu evdən, silkələnir dünya xanəxərab kimi.

Sınıb dağılsa da dünya, sındırmaram peymanımı,
Su üstündə yad əlindən düşüb sınan bir qab kimi.

Mən ki könül şikəstəmi oxuyuram “Mahur” üstə,
İnildəyir Səba sazı şikəstəmə cavab kimi.

Uçuq, köhnə dəyirmana bənzərin var, ey Şəhriyar,
Təbin sənə qan ağladır çəkilməz bir əzab kimi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma