Vasif Zöhraboğlu – Daş ustasıyam…

Standard

Vasif Zöhraboğlu

 

Dedim ki, sevirəm insafın hanı?
“Yox” dedin bir az da çoxaldı dərdim.
Amma düşünmədin bütün dünyanı,
Təkcə ürəyimlə ala bilərdim.

“Əlinin qabarı tikandı” – dedin,
Qorxuram görüşsək, əlimə batar.
Kasıbsan çörəyin yavandı dedin,
Dedim ki, sevgimiz şirinlik qatar…

Nə olsun uçuqdur evimin damı,
Nə olsun sökülür daşı günbəgün.
Amma puldan ötrü sevən adamı,
Dəyişmək olarmı gülüm, bir düşün.

Gərək düşünəydin “yox” söyləyəndə,
Mən ki göz ustası, qaş ustasıyam.
Gülüm, ürəyini daş eyləyəndə,
Sən hardan bildin ki, daş ustasıyam…?!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma