Nüsrət Kəsəmənli – OLDURMƏ MƏNİ

Standard

nusret kesemenli7

 

Canı sən vermədin, sən də alasan,
Ümid ver yaşayım, öldürmə məni.
Qıyma sevəninə qatil olasan,
Ümid ver yaşayım öldürmə məni.

Ölümüm min yerə yozulacaqdır,
Dünyadan bir sevən azalacaqdır,
Qəbrim ürəyində qazılacaqdır,
Ümid ver yaşayım, öldürmə məni.

Məni öz əlinlə məzara vermə,
Görmək istəmirsən, heç məni görmə,
Sən Allah, bu qədər günaha girmə,
Ümid ver, yaşayım, öldürmə məni.

Vallah, əllərimdə qalacaq yaxan
Bilmirəm bu mənzil uzaqmı, yaxın,
Yaşamaq mənim də haqqımdı, axı
Ümid ver, yaşayım, öldürmə məni…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma