Valeh BAHADUROĞLU – SƏN OXUYAN NƏĞMƏLƏR

Standard

kend3

Bir oğlan bir neçə xalq mahnısı oxudu.

Sən oxuyan nəğmələri,
Allah bilir necə sevdim.
Yazdım bir-bir ürəyimə,
Gündüz sevdim, gecə sevdim.

Sən oxuyan nəğmələri,
Dağlarda daş oxuyurdu.
Çiçək yığan gözəllərə,
Olub yoldaş, oxuyurdu.

Sən oxuyan nəğmələrin,
Bəstəkarı Xaçınıydı.
Sözdərinin müəllifi,
Ağdamıydı, Laçınıydı.

Sən oxuyan nəğmələrin,
Yarası qaysaq bağlamaz.
O nəğməyə qulaq asan,
Inanırsanmı ağlamaz?

Sən oxuduğun nəğmələr,
Qarabağın bəstəsidir.
Dünyanın ən şah əsəri,
“Qarabağ- şikəstəsi”dir.

Oxu qardaş, oxu, səsin
Aşıb sərhədlər ötəndi.
Sən oxuyan nəğmələrin,
Hər sözü bütöv Vətəndi.

Foto : Ayşen Savadova

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma