Şerafet Şəfa

Standard

Şerafet Şəfa

Ürək coşğun dilim laldı,
Ömrüm bütün suallardı,
Bircə kəlmə mənə yardı,
Mən sevdanı dadammadım.

Dodaq güldü, qəlb ağladı,
Coşdu ürək sel çağladı,
Fələk agzımı bağladı,
Mən sevdanı dadammadım.

Kim qovuşdu sevdasına?
Məcnun getdi səhrasına,
Tuş olaraq yarasına
Mən sevdanı dadammadım.

Yaman yazdı bəxti yazan,
Elə yazdı kimdi pozan,
Bəzən doğru, bəzən azan
Mən sevdanı dadammadım.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma