Xatirə Xatun – SƏNİ BAĞIŞLAYIM DEYİRƏM İNDİ

Standard

Xatirə Xatun1

 

Mən səni hələ də unutmamışam,
Adın dodağımda, dilimdə əzbər.
Heç kəsi beləcə sevə bilmədim,
Nə səndən sonrası, nə sənə qədər.

Sönmədi çatdığın bu od, bu ocaq,
Yandım, bu atəşdən doya bilmədim.
Çoxunu mən sənə bənzətdim, ancaq,
Kimsəni yerinə qoya bilmədim.

Getmir qulağımdan o son sözlərin,
Xəyalın üstümə quş olub gəlir.
Gündüz gözlərimə baxan gözlərin,
Gecələr yuxuma qoşulub gəlir.

Ürək bunca yükə nə qədər dözər?
Susdum, əvəzimə göz yaşı dindi.
Səni əfv etməyə bəhanə gəzər
İncidib qırdıgın ürəyim indi.

Çatsa qulağına bir ah, bir nida,
O mənəm, peşiman etdiyin qadın!
Hardasa qəfildən düşürsən yada,
Gözümə yaş dolur, dilimə adın…

Nə yurdun bəllidir, nə də ki yerin,
Nə umum bu eşqin qalan külündən?
Dodağı çat verir xatirələrin
Hər dəfə keçəndə görüş yerindən

Yoruldum taleyin savaşlarında,
Səni bağışlayım deyirəm indi
Səbəbi olduğun göz yaşlarımda
Yusan günahını, elə bəsindi..
.
20.06.2016

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma