Könül ELDARQIZI – AYRILIĞIN ACIĞINA BARIŞAQ

Standard

çiçek4

 

Bilirəm ki, qəlbin sevir sənin də,
Bu eşq üçün gəl qaynıyaq, qarışaq.
Daşın ataq həsrətin də, qəmin də,
Ayrılığın acığına barışaq!

Qoy eşqimiz dastan olsun saz üstə,
Qarşımızda həsrət çöksün diz üstə,
Gəl küsməyək, ötəri bir söz üstə,
Ayrılığın acığına barışaq!

Məhəbbətdən çələnk hörək, darayaq,
Sevgimizi ayrılıqdan qoruyaq.
Əhd etmişdik axı, qoşa qarıyaq,
Ayrılığın acığına barışaq!

Biz illərlə bu həsrətə dözmüşük,
İntizarlı bir qismətə dözmüşük.
Hər qınağa, hər möhnətə dözmüşük,
Ayrılığın acığına barışaq!

Bu sevgidə şirin oldu hər acı,
Bu eşq üçün diləndik də, əl açıb.
Ayrılığın tək vüsaldı əlacı,
Ayrılığın acığına barışaq

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma