Həmid Dönməz – Ah Gəncə…

Standard

Həmid Dönməz

 

Sinəndə mən məsud və hürr yaşardım,
Gün olurdu quzğun kimi coşardım,
Uğrundaki hər əngəli aşardım,
Cənnətdən də daha şirinsən məncə ,
Həsrətindən yandım, yandım ah Gəncə .

Qoçaqlarla dolmus idin sən yer-yer,
Cavad-xantək neçə yetişdirdin Ər,
Sənsən mənim dilimdə əzbər :
Gül açardı o gözlərin gülüncə,
Həsrətindən yandım, yandım ah Gəncə .

Hansı zalım səni vurdu arxandan ?
Göygöllərin görünməyir al qandan,
Yanar-yanar tutuşursan hicrandan,
Sənin dərdin ürəyimi dəlincə,
Həsrətindən yandım, yandım ah Gəncə .

Donməz könul neynim əski-əməldən,
Tanrım fürsət versə əgər əcəldən,
Son bir kərə öpsəm o sarı teldən,
Bir can nəzirim var, üzün görüncə,
Həsrətindən yandım, yandım ah Gəncə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma