Eldar İSMAYILOĞLU – BƏNZƏYİR

Standard

Eldar İSMAYILOĞLU

 

Yarpaq açıb bu daş divar,
Elə bil gözə bənzəyir.
Əl uzatdım gözü doldu,
Küsəyən üzə bənzəyir.

Nazlanır yuxu içində,
ətirsiz qoxu içində.
Sanki od axır içində,
Yaralı sözə bənzəyir.

Gözlərim çölə boylanır,
Sevdiyim gülə boylanır.
Soyumuş külə boylanır,
Ocaqda közə bənzəyir.

Daranma ocaq üstünə,
Hər kəs ocaqdı dərdinə.
Dərdini qatma dərdinə,
Yorulmuş dizə bənzəyir.

Divar hər kəsin kölgəsi,
Yol yoxdu əlin keçəsi.
Elə keç ömür bilməsin,
Qan üstdə duza bənzəyir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma