Afaq ŞIXLI – MƏNƏ XƏBƏR VER!..

Standard

afaq shıxlı32

 

Nə zaman unutsan ötən sevgini,
Qara xəyanəti – qatı çiskini,
Keçmişin üstündən çəksən cizgini
Mənə xəbər ver!

Saralmış sətirlər çıxsa başından,
Bir soraq ummasan ömrün dışından,
Daha büt yapmasan qəbir daşından
Mənə xəbər ver!

Naşükür olmasan gələcək günə,
Olanı, bitəni salsan düyünə,
Qəlbinə bir işıq düşərsə yenə –
Mənə xəbər ver!

Silsən ürəyindən onun ismini,
Daha gizləməsən köhnə rəsmini,
Həsrətdən qoparsan yorğun cismini
Mənə xəbər ver!

Dünəni içində öldürə bilsən,
Ağlayan gözünü güldürə bilsən,
Özünü yenidən sevdirə bilsən
Mənə xəbər ver!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma