Rübabə Sahib – Eşqim

Standard

Rübabə Sahib

 

Bir əlçim buluddu, yaz yağışıdır,
Mənim dəli eşqim, divanə eşqim.
Özündən müştəbeh qız duruşludur,
Mənim məğrur eşqim, mərdanə eşqim.

Laləli, nərgizli bağa bənzəyir,
Ucadan ucadır, dağa bənzəyir,
Qızılı, gümüşü qaşdı bəzəyir,
Mənim inci eşqim, dürdanə eşqim.

Köçəri quş kimi məkanı yoxdur,
Korşalmış iynədir, atılmış oxdur,
Yozayoz dövrüdür, mənası çoxdur,
Mənim bir əsrlik zəmanə eşqim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma