Nigar Rəfibəyli

Standard

nigar refibeyli12

 

Qanun var ki, insanları kölə etmiş dünyada.
Qanun var ki, qulluq yazmış babalardan övlada.
Qanun var ki, zəncirləmiş çox arzunu əməli.
Qanun var ki, bazarlarda satmış nadir gözəli.
Qanun var ki, körpələri səfil etmiş, ac qoymuş.
Qanun var ki, qocaları çörəyə möhtac qoymuş.
Yer üzündən bu qanunu silmək üçün hər zaman,
Mübarizə yollarında çox igidlər tökmüş qan.
Qanun var ki, zəncirləmiş ruhu, dili, həvəsi,
Sürgünlərdən azadlıqçün yüksələn məğrur səsi.
Əzəmətli bir milləti qul eləyən qanun var.
İnsanlığı əzmək üçün verilib bu qanunlar.
Yarandığı gündən bəri insan oğlu hər zaman,
Ədalətsiz qanunlara qalmışdır min üsyan.
Azadlığın bayrağını ucaldan bir insan da
Sədaqətin qanununu yaratmışdır cahanda.
Köləliyə, əsarətə qara məzar qazıldı,
Azad, gözəl bir ölkədə azad qanun yazıldı.
İnsanların azad fikri, eşqi, hissi, duyğusu,
Qocaların hər istəyi anaların arzusu
Alqışlayır bu qanunu selamlayır hər zaman,
Əmək, hünər dünyasına alqış dəyir hər insan.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma