Esmira Məhiqızı

Standard

italya kasabası

 

sonra gördüm ki, çox evlər var…
doğum evi,
uşaq evi,
hökümətin evi.
bir də Allahın evi…

kəndimizdəki məscidi xatırladım.
yadıma düşdü ki, biz oynayanda
o köhnə məsciddə gizlənərdik…
hərdən yağış yağanda,
məscidin illər çürütmüş damından
yağış süzülərdi başımıza
və…Allahınn evi damardı.
onda elə bilərdim ki, məlkələr ağlıyır.

sonra bildim ki, Qocalar evi də var…
mən böyüyəndə ora getdim,
qoca tumsatanın yanına,
qapıdan çıxanda qolumdan yapışdı,
dodaqları titrəyirdi:
-bilirsən, dedi, burda tavan damır, hər gün damır,
hətta yağış yağmayanda da .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma