BABA VƏZİROĞLU – Sənsən…

Standard

deniz

Dünyanın sevinci, həm də qəmiyik,
Bir tarın alışan qoşa simiyik,
Yarıya bölünmüş alma kimiyik,
Bir üzü mənəmsə, bir üzü sənsən…

Səsini eşidək yağan yağışın,
Hər ötən baharın, hər gələn qışın.
Dünyaya boylanan bircə baxışın
Bir gözü mənəmsə,bir gözü sənsən…

Tənha yolçulara bu yollar çətin,
Dərələr keçilməz, qayalar mətin.
Başına döndüyüm bu məmləkətin
Bir dağı mənəmsə, bir düzü sənsən…

Qoşa gülləriyik biz bu çəmənin,
O nərgiz mənimdi, bu lalə sənin.
Məhəbbət adlanan şirin nəğmənin
Bir sözü mənəmsə, bir sözü sənsən…

Şirindir, acıdır sevginin dadı,
Həsrət bir adıdır, vüsal – bir adı.
Məhəbbət özü bir bütöv dünyadı,
Gecəsi mənəmsə, gündüzü sənsən…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma